"Ölkəmizdə aparılan islahatlar geniş vüsət alıb" ÖZƏL-MÜNASİBƏT

“Ötən dövr ərzində ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, ölkəmizdə aparılan islahatlarda əsas məqsədlərdən biri əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və iqtisadi müstəvidə nailiyyətlərin artırılmasıdır. Onun sözlərinə görə, əhalinin sosial müdafiəsi ilə bağlı atılan addımların səmərəliliyini və davamlılığını təmin etmək məqsədilə hökmən struktur islahatları, qanunvericilik və digər islahatlar həyata keçirilməlidir.

“Şübhəsiz ki, başlanan islahat dalğası öz hədəfinə çatana qədər bütün sektorları əhətə edəcək. Dövlət başçısı İlham Əliyev genişmiqyaslı islahatların anonsunu hələ 2018-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində vermişdi. Doğurdan da, Prezident İlham Əliyev yeni dövr üçün öz vəzifəsinin icrasına başlayan kimi islahatların ilkin əlamətlərini görməyə başladıq. Cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımların atılmasının şahidi olduq. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı və minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinətlərin tətbiqinə başlanıldı, dövlət büdcəsində maliyyələşən təşkilatlarda çalışan işçilərin maaşı artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında sərəncam verildi. Sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən pensiya və maaşlar yenidən artırıldı. Nəticədə də minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdırıldı. Bundan başqa ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi.bütün bunlar göstərir ki, islahatlar davamlı xarakter daşıyır”-deyə, S.Hüseynova vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə