"Şamaxıda gənclərlə bağlı çox önəmli mesajlar verildi" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şamaxı rayonuna səfəri zamanı orada camaatla keçirdiyi görüş ölkəmizdə dövlət idarəçiliyinin ən mühüm formalarından biri olan dövlət başçısının insanlarla canlı ünsiyyətə, təmasa getməsinin nə qədər əhəmiyyətli və nəticələr verdiyini bir daha nümayiş etdirdi". Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Prezidentin bu səfəri zəlzələ fəlakətindən sonra aparılmış bərpa işlərinin nəticələri ilə tanış olmaq məqsədi daşısa da amma Şamaxıda insanların ölkə rəhbəri ilə görüşdə fəal iştirakı, Prezidentlə maraqlı və açıq dialoqa getmələri, ölkə başçısına böyük inam və etimad ifadə etmələri, Prezidentin gənclərlə açıq söhbəti, gənclərə Azərbaycanın gələcəyi ilə bağlı çox maraqlı mesajlar verməsi belə qənaətə gəlməyə əsas verir ki, bu səfər Azərbaycan dövlətçiliyi üçün önəmli bir məzmuna malikdir: "Xüsusilə Azərbaycan dövlətinin sosial-siyasətinin mərkəzində məhz insanların mənafelərinin dayandığı nümayiş olundu. Bununla belə böyük fəlakətdən sonra çox qısa müddətdə Şamaxının bərpa olunması, onun daha yaxşı vizual görkəmə gətirilməsi Azərbaycan dövlətinin həm iqtisadi gücünü, potensialını bir daha ortaya qoydu, həm də sadə insanların Prezidentə münasibətini, eləcə də dövlət başçısının ən çətin anlarda sadə insanların yanında olmağa hazır olduğunun nümayişi baxımından çox önəmlidir. Orada gənclərlə bağlı çox önəmli mesajlar verildi. Xüsusilə də Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında çox böyük qüvvə olmalarına Prezidentin xüsusi inam və etimad bəsləməsi və bunun açıq şəkildə deyilməsi təbii ki, gəncləri yeni fəallığa səsləmək baxımından çox qüvvətli təsirə malikdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə