"Vətəndaşların rifahı üçün islahatların keçirilməsi təqdirəlayiq haldır” RƏY-ÖZƏL

“Bildiyiniz kimi, Konstitusiya Məhkəməsi Milli Məclisdəki hakim çoxluğun özü özünü buraxması ilə bağlı qərarını məqbul sayıb. Eyni zamanda, növbədənkənar seçkilərin keçirilməsini də məqsədəuyğun hesab edib. Bircə, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixin müəyyənləşdirilməsi qalır ki, bununla bağlı son sözü ölkə başçısı deyəcək. Seçkinin tarixinə məhz Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra aydınlıq gətiriləcək”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, bütün sahələrdə aparılan islahatlar siyasi istiqamətdə də getməlidir: “Çünki iqtisadi islahatların getməsi, kadr potensialının dəyişməsi, üçün siyasi hakimiyyətdə qanunverici orqanlarda da islahatlara ehtiyac var. Məhz bu baxımdan parlamentin buraxılması, eyni zamanda, orada təmsil olunan fraksiyaların fəaliyyəti düşünürəm ki, Prezident tərəfindən doğru dəyərləndirilərək, belə bir addım atıldı”.

Ölkə başçısı tərəfindən məhz Konstitusiya Məhkəməsinə müraciət edilməsinin onun Konstitusiyaya uyğunluğunun hüquqşünaslar tərəfindən araşdırılmasının çox mühüm məsələ olduğunu deyən A.Nağıyev qeyd edib ki, gələcəkdə hər hansı hüquqi pozuntu olmaması üçün və yaxud proseslərdə tam şəffaflıq yaranması üçün Konstitusiya Məhkəməsinin müvafiq qərarı olmalı idi: “Ona görə də bu addım atıldı. Gələcəkdə daha doğru qərarlar qəbul edilməsi, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması, vətəndaşlarımızın rifahı üçün, eləcə də islahatlar baxımından bu cür proseslərin olmasını çox düzgün qiymətləndirirəm. Düşünürəm ki, bu, təqdirəlayiq haldır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə