Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq Prezident

Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Dilarə Seyidzadəyə "Şərəf" ordenini təqdim edərkən deyib.

Dövlət başçısı bildirib ki, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi: "Bu struktura görə, katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə