“İslahatlar hakimiyyətin bütün qanadlarını əhatə edir” RƏY-ÖZƏL

"Bu gün ölkədə Cənab Prezident çox böyük islahatlara start verib". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu islahatların artıq iqtisadi səmərəsini, faydasını cəmiyyətin hər bir üzvi görməkdə, hiss etməkdədir və bu islahatlar davam edir: "Bu islahatların hakimiyyətin bütün qanadlarını əhatə edir və o cümlədən də qanunvericilik hakimiyyəti olan Milli Məclisin fəaliyyətini də özündə ehtiva edir. Ona görə də, burda qeyri-adi heç nə yoxdur. Eyni zamanda, Azərbaycanın konstitusiyasında və qanunlarımızda bu kimi məsələlər öz əksinin tapıb. Yəni müxalifətin burda hay-küy salmağının heç bir əsası yoxdur. Müxalifət liderlərinin də çıxışlarına baxıram və onlar ciddi bir arqumentdə gətirə bilmirlər ki, niyə görə buna etiraz edirlər. Əgər bu konstitusiyaya və qanunlara uyğundursa bunun nəyinə etiraz edirlər? Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən bu qüvvələrin hərəkətləri gözlənilən idi. Çünki onlar hər zaman bu cür anormal hərəkətlərə əl atıblar. Demək olar ki, sosial bazası olmayan, ictimai dəstəkdən məhrum olan qüvvələr hər zaman belə bir yanlış mövqedən çıxış edirlər. Əgər doğurda da, cəmiyyət tərəfindən dəstəkləri varsa, onlar bu seçkilərə qatılmalıdırlar. Əgər bunlar seçkilərdə iştirak etmirlərsə seçkiləri yox, özlərini boykot edirlər. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən bu şəxslərin nə deməsindən asılı olmayaraq, normal parlament seçkiləri keçiriləcəkdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...