TANAP Gürcüstanın tranzit ölkə kimi rolunu daha da artıracaq

Tranzit ölkə olaraq Gürcüstan üçün TANAP layihəsi həm siyasi, həm də iqtisadi cəhətdən çox əhəmiyyətlidir. SİA interfaks.com.ua saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu baş nazir Georgi Qaxaria deyib.
Məlumatda qeyd olunur ki, baş nazir Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin reallaşdırılması, təbii qazın Azərbaycandan Avropaya nəql edilməsi ilə Gürcüstanın tranzit ölkə kimi rolunun daha da artacağını söyləyib.
"Ölkəmizin təkcə iqtisadi, siyasi, sosial və mədəni baxımdan deyil, həm də enerji mənbələri baxımından körpü rolunu və funksiyasını yerinə yetirməsinin nə qədər vacib olduğunu hamımız yaxşı başa düşürük", deyə G.Qaxaria şənbə günü jurnalistlərə açıqlamasında layihəni yüksək qiymətləndirib.

Bununla yanaşı, o, Gürcüstan hökuməti üçün ən vacib problem olan sürətli iqtisadi artım, yeni iş yerləri və milli təhlükəsizlik olduğunu vurğulayıb, TANAP-ın bu istiqamətdə rolunu qeyd edib.

"TANAP layihəsi bütün bu istiqamətlərə cavab verir. Buna görə də bu gün qonşularımız və dostlarımızla birlikdə keçirilən TANAP layihəsi artıq Avropanın sərhədlərinə yaxınlaşan və Azərbaycan qazını Gürcüstan üzərindən Avropa bazarına nəql etməyə imkan verən zaman bizim üçün son dərəcə vacibdir", deyə Qahariya diqqətə çatdırıb.

"Əlbəttə ki, bu kontekstdə həm siyasi, həm də iqtisadi cəhətdən Gürcüstan tranzit funksiyasını öz üzərinə götürür", deyə Gürcüstanın baş naziri vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...