“Milli Şura” ölkə və xalq naminə reallaşdırılan islahatlara qarşı çıxır MÜXALİFƏT

“ReAl” partiyası isə həqiqəti görüb və dərk etdiyi üçün qaragüruhçular tərəfindən “xəyanətkar” adlandırılır

“Milli Şura” ilə “ReAL partiyası” arasında qarşıdurmalar davam edir. Belə ki, hələ bir müddət əvvəl Cəmi Həsənlinin İlqar Məmmədovun partiyasını satqınlıqda ittiham etməsi qarşı tərəfin funksionerlərini yenidən hərəkətə keçirib.

SİA xəbər verir ki, qarşıdurmanın təhlilini apararkən bir məqam önə çıxır. Daha dəqiq desək, Azərbaycan müxalifətini təmsil edən siyasi qurumların ittihamları təzadlara söykənir. Belə ki, “Milli Şura” ölkədə itaətsizliyin və anarxiyanın tərəfdarı olduğunu dəfələrlə göstərməyə cəhd etsə də, “ReAl” bunun əksinədir və aparılan islahatları dəstəkləyir.

Bu qurumun sosial bazası ilə yanaşı, xalq arasında dəstəyinin olmaması da faktdır

Beləliklə, “Milli Şura” əsasən icasəzis mitinqlər yolu ilə, ölkəni təlatümlər yoluna sürükləməklə qanunlara riayət etməməyi üstün tutur. Lakin bu qurumun sosial bazası ilə yanaşı, xalq arasında dəstəyinin olmaması da faktdır. İ.Məmmədovun partiyası isə Azərbaycan hakimiyyətinin apardığı uğurlu siyasətə – Avropa institutları ilə qarşılıqlı təmaslar, ölkədə sosial problemlərin köklü həlli istiqamətində həyata keçirilən siyasət və s. islahatlara sğlam dəstək göstərir. Məhz reallığı dərk etmək məsələsi “Milli Şura”nın qarşı tərəfi xəyanətdə ittiham etməsinə səbəb olub.

Burada əsas msələlərdən biri də qrant davasıdır

Lakin onu da unutmamalıyıq ki, hər iki tərəfi özlərini “ana müxalifət” olmaqda iddialı olduqlarını deyib. Yəni “ana müxalifət” olmaq iddiası təkcə “narazı elektoratla” işləmək istəyindən irəli gəlmir. Burada əsas msələlərdən biri də qrant davasıdır. Amma göründüyü kimi, tərəflərin qarşılıqlı ittihamları bununla da tükənmir. Daha doğrusu, hazırda müxalifət ölkədə yürüdülən uğurlu siyasət və xalqın bu siyasətə dəstək göstərməsi reallığı qarşısında aciz vəziyyətə qalıb. Bu acizlik isə onların uğursuz arzylarının qarşısına sədd çəkir. Hər halda, bu sədlərdən biri də xalqın hakimiyyətə verdiyi dəstəkdir. “ReAl” partiyası bunu anlasa da, “Milli Şura”nın qaragüruhçuları həmin gerçəkliyi anlamır, ya da anlamazlığa vurmaqla, xalqın və ölkənin rifahına qarşı öz qaragüruhçu mövqeyini sərgiləyir…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə