Gürcüstanda etiraz aksiyaları zamanı xuliqanlığa görə 6 nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi polisə tabe olmamaq və xırda xuliqanlığa görə altı nəfər mitinq iştirakçısının Dövlət Təhlükəsizliyi Xidmətinin (GBS) binası yaxınlığında tutulduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında ictimai hərəkat üzvləri və Leyboristlər Partiyasının lideri Şalva Natelaşvilinin oğlu Beka Natelaşvili də var.

Xatırladaq ki, Tiflisdə etirazlarda müxalifət erkən parlament seçkiləri və keçid hökumətinin təyin edilməsini tələb edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...