“Cəmil Həsənlini başqası ilə dəyişməyə məcburdurlar” RƏY-ÖZƏL

"Cəmil Həsənlini başqası ilə dəyişməyə məcburdurlar". Bunu SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, hətta azacıq həya hissi, yaxud məntiqi düşüncələri olsaydı, təkcə C.Həsənlini deyil, qurumun koordinasiya şurasının bütün üzvlərini istefaya göndərdilər, siyasətdən birdəfəlik gedərdilər: "Çünki “Milli Şura” adlanan qurum fəaliyyətdə olduğu dövrdə nə özü, nə auditoriyası, nə də xalq üçün heç bir uğurlu nəticə əldə etməyib. İctimai etimadları sıfırın altındadır. Bu il ərzində 8 dəfə aksiya keçirməyə cəhd ediblər, hamısı da iflasa uğrayıb. 19 oktyabr aksiyasından sonra mediaya verdikləri müsahibələri izləsəniz görərsiniz ki, bütün çıxışları öz məğlubiyyətlərinə haqq qazandırmaq üzərində qurulub. Bir tərəfdən xalqı qınayırlar ki, onlara lazımi dəstək verməyib, digər yandan hökuməti qınayırlar ki, onlara aksiya üçün yer verməyib. Amma günahı kənarda axtarsalar da, etiraf etməsələr də, yaxşı bilirlər ki, məğlubiyyətlərinin səbəbi kənarda deyil, özlərindədir. Xalq arasında sosial bazaları olmadıqca, xalqın nəbzini tutmadıqca, anti-milli, anti-xalaq siyasəti yeritdikcə, aqibətləri belə uğursuzluq olacaq. Onların siyasi karyerası yarandığı gündən yalnız uğursuzluq üzərində qurulub. Etiketləri etibarsızlıq, etimadsızlıqdır. 1992-1993-cü illərdə hakimiyyətləri də uğursuz oldu, 26 illik müxalifətçilik oyunları da uğursuz oldu. Son 2 ay ərzində baş verənlər isə, onları ümumiyyətlə nəzərdən saldı. Ölkədə ictimai sabitliyi pozmaq cəhdləri bir yana, miqrant alveri ilə bağlı faktların üzə çıxması bunları rüsvay etdi. Cəmil Həsənlinin fəaliyyəti isə, ümumiyyətlə ağlasığan deyil. Adam oktyabrın 30-da Vaşinqtonda oldu, dəfələrlə dəvət edildi, 1 saat vaxt ayırıb Konqresin qarşısına getmədi, qondarma DQR təmsilçisinin səfərinə etiraz edən soydaşlarımızın aksiyasına dəstək vermədi. Özünün erməni şəbəkəsi qarşısında gözükölgəli olmasını isbatlamış oldu. Faktlar o qədər çoxdur ki, sadalamaqla qurtaran deyil. İndi düşərgələrində simvolik dəyişiklik etməklə, ictimai rəyi çaşdırmaq istəyirlər. Amma alınan deyil. Onların uğursuzluğu təkcə C. Həsənliyə bağlı deyil. Xalq bunu yaxşı bilir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...