"Paşinyan sadəcə olaraq özünü gülünc vəziyyətə qoyur" ÖZƏL-MÖVQE

"Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyan işğalçı ölkənin rəhbəridir və istənilən bəyantlarla da çıxış edə bilər. Sadəcə olaraq heç buna ehtiyac da yoxdur. Çünki Paşinyanın bəyanatları o qədər təzadlıdır ki, o ciddi bir siyasətçi kimi qəbul olunmur". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

"Hətta Ermənistan mətbuatında da buna birmənalı yanaşma yoxdur. Bu mənada Paşinyan sadəcə olaraq özünü gülünc vəziyyətə qoyur. Əslində onun çıxışları nə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə gətirib çıxarır, nə də Ermənistanın mövqeyini bu məsələdə aydın edir. İş orasıdadır ki, bunlar təkcə Azərbaycan üçün problemlər gətirmir, eyni zamanda ATƏT-in Minsk Qrupunun fəaliyyətini riskə atır. Yəni burada heç bir ardıcıllıq yoxdur. Bu mənada Paşinyan hansı bəyanatlarla çıxış edirsə, o yalnız Ermənistana zərər gətirir. Həmçinin bu bəyanatların sonluğu bizim bölgəmizdə vəziyyətin pisləşməsinə, müharibə ssenarilərinin ehtimalını artırması deməkdir”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə