"Rusiya Azərbaycan üçün çox mühüm tərəfdaşdır" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində bir çox görüşlərdə iştirak edib. Birinci vitse-prezident noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb və ikitərəfli münasibətlər haqqında söz açıblar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, burada əsas məsələlər ondan ibarət oldu ki, Rusiya Azərbaycan üçün çox mühüm mehriban qonşudur və yaxın bir tərəfdaşdır: “Eyni zamanda Rusiya ilə Azərbaycan arasında həm iqtisadi, siyasi, həm də hümanitar və s. inkişaf edən dinamika üzrə bütün sahələr inkişaf edir. Təbii ki, burada ilk növbədə Mehriban xanım Əliyeva qeyd edib ki, iki ölkənin dövlət başçılarının həm şəxsi münasibətləri, həm də onların tez-tez görüşləri Azərbaycanla Rusiya arasında yaxın tərəfdaşlıqdan xəbər verir. Azərbaycanla Rusiya arasında uzun müddətdir əhatə olunan iqtisadi baxımdan çox vacib inteqrasiyalar var. Belə ki, Rusiya ilə Azərbaycan arasında təkcə 2018-ci ildə əmtə dövriyyəsi 18 faiz artaraq, 2,6 milyard dollar həcminə çatıb. 2019-cu ilin doqquz ayı ərzində bu dövriyyə artıq 24 faiz artıb. Bununla belə Rusiya sərmayələri də Azərbaycanda mövcuddur. Həmçinin qarşılıqlı olaraq Azərbaycan sərmayələri Rusiyada mövcuddur. Bu sərmayələrin əmtə dövriyyəsinin 2-3 dəfə artırılmasına hər iki ölkə tərəfindən potensial var. Hümanitar sahədə Azərbaycanla Rusiya arasında çox vacib məsələlər var. Mehriban Əliyeva vurğulayıb ki, təkcə Azərbaycanda 338 ədəd orta məktəblər var ki, bunlarda da dərslər yalnız rus dilində keçirilir. Eləcə də turizm sahəsi ilə bağlı Birinci vitse-prezident vurğulayıb ki, təkcə ötən il Rusiyadan Azərbaycana 900 min turist gəlib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...