Nəsimi ili ilə əlaqədar ağacəkmə kampaniyasına start veriləcək

Ölkəmizdə Nəsimi ili çərçivəsində dahi şəxsiyyətin 650 illik yubleyi ilə əlaqədar ağacəkmə kompaniyasına start veriləcək. SİA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdövsi Əliyev deyib.

Nazir müavini qeyd edib ki, ağacəkmə kompaniyasına start vermək üçün artıq hazırlıq işləri yekunlaşmaq üzrədir: “Artıq ictimaiyyətin bildiyi kimi möhtərəm Prezidentimiz bu ili Nəsimi ili elan edib və bu il çərçivəsində də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkək kompaniyasına artıq hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir, son tamamlanma işləri görülür. Bu kompaniyanın keçirilməsi üçün xüsusi xəritə də tərtib edilib ki, həmin xəritədə göstərilən yaşıl ərazilər ağac əkiləcək sahələri göstərir və sevindirici haldır ki, əksər ərazilər məhz magistral yolların kənarında nəzərdə tutulub. Məsələn Sabirabadda 50 min, Nəsiminin anadan olduğu Şamaxı şəhərində də həmçinin 50 min ağac əkilməsi nəzərdə tutulub və bu bütövlükdə bütün regionları əhatə edən kompaniyadır. Deyildiyi kimi, artıq son tamamlanma işləri görülüb qurtarıb və eyni zamanda sevindirici hal həm də ondan ibarətdir ki, bu ağacların əkilməsindən əlavə onlara qulluq edilməsi ən önəmli şərtlərdən biri kimi qarşıya qoyulub. Fürsətdən istifadə edərək onu da deyim ki, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə moniyorinqlər keçirəcək vaxtaşırı və əsas məqsəd də ondan ibarətdir ki, əkiləcək əraziləri rahat müəyyənləşdirmək olsun və vaxtaşırı onlara baxışlar keçirilsin. Fürsətdən istifadə edərək bütün ekoloqlar adından Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığımızı bildiririk. Qeyd edək ki, hər rayonun Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının sədri və onun fəal üzvləri artıq müəyyənləşib və o adamlar monitorinqlərdə bizim əməkdaşlarla birgə fəal iştirak edirdilər. Sevindirici haldır ki, bütövlükdə respublika ictimaiyyəti bu kompaniyaya böyük önəm verir. Çünki, ağac əkmək hər şeydən öncə ekologiyamızın, ətraf mühitimizin sağlamlaşmasına xidmət edən bir təşəbbüsdür və bu dünyada analoqu az olan məsələlərdən biridir”, deyə nazir müavini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...