“Artıq Cəmil Həsənli istifadə edilmiş kartdır” RƏY-ÖZƏL

"“Milli Şura”-nın sədri Cəmil Həsənli barədə müxtəlif fikirlər səsləndirirlər". Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, aydın oldu ki, C.Həsənli qurumun sədrliyinə yaramayan, imici ləkəli şəxsdir: "Vaxtı ilə C.Həsənli millət vəkili olanda hakimiyyəti cani-dildən müdafiə edir, açıq şəkildə dəstəkləyir, kitablar yazırdı. Amma növbəti dəfə C. Həsənli millət vəkili seçilməyəndən sonra 180 dərəcə dəyişdi. Başladı hətərən-pətərən danışmağa, fikirlər səsləndirməyə. Bunu “Milli Şura”da hər kəs, o cümlədən Əli Kərimli də bilir. İndiki halda, Cəmil Həsənlinin mübarizəsi demokratiya və ya insan haqları uğurunda mübarizə deyil. Yəni onun mübarizəsi şəxsi maraqlarıdan doğan mübarizədir. Ona görə də, Ə.Kərimli C.Həsənlidən imtina edərək T.Yaqublunun “Milli Şura”nın sədri olmasına razılıq verib. Eyni zamanda da, T.Yaqublu Qarabağ müharibəsində iştirak edib, müəyyən qədər siyasi fəallığı var. Ola bilsin ki, adları çəkilən şəxslər T.Yaqublunun popilyarılığından istifadə etmək istəyirlər. Bir sözlə, müxalifətdə olan şəxslər gördülər ki, C.Həsənli istifadə edilmiş kartdır. Yəni onun ətrafında nə isə bir iş görmək mümkün deyil. Bildiyiniz kimi bu yaxınlarda C.Həsənli Amerikaya səfər etmişdir, yəqin orda da məsləhət görüblər ki, sizin “Milli Şura” da sədr kimi qalmağınızın bir əhəmiyyəti yoxdur və yerinizi dəyişin. Yəni ola bilər ki, xaricidə bunları maliyyələşdirənlər deyirlər ki, C.Həsənlinin rəhbərlik etdiyi quruma maliyyə buraxmağın bir əhəmiyyəti yoxdur, ona görə də, C.Həsənlini dəyişin".

Bütün xəbərlər Facebook səhifəmizdə