Daha bir cinayətkar erməni Rusiyada həbs edilib

Erməni cinayətkar Levon Sarkisyan Moskvada tapılıb və həbs edilib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat verib.
Məlumata görə Ermənistan Polisi Cinayət Axtarış İdarəsi, Rusiyadakı Erməni Polisi və Rusiya Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən həyata keçirilən genişmiqyaslı birgə axtarış-xilasetmə əməliyyatı nəticəsində noyabrın 21-də cinayətkar Levon Sarkisyan həbs edilib.
Məlumatda qeyd edilir ki, cinayətkar erməni Rusiya Federasiyası Cinayət Məcəlləsinin 175-ci maddəsinin üçüncü hissəsinin tələblərinə əsasən tutularaq həbs edilib. 223-cü maddənin 2-ci bəndlərinə əsasən, İrəvan sakini, 1968-ci il təvəllüdlü Levon Qraçya Sarkisyan 2018-ci il oktyabrın 1-dən axtarışa verilib. Hazırda ekstradisiya məsələsi həll olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə