“Soros” fondunun Ermənistandakı fəaliyyəti respublika üçün ciddi təhlükədir Atrur Vanetsyan

Ermənistanda digər ölkələr tərəfindən maliyyələşdirilən güclər fəaliyyət göstərir. SİA xəbər verir ki, bu barədə Ermənistanda yayımlanan “Pressinq” proqramında ölkənin milli təhlükəsizlik xidmətinin sabiq rəisi Atrur Vanetsyan deyib.

“Düşünürəm ki, var”, deyə qeyd edən Vanetsyan müvafiq sualı cavablandırarkən bunu etiraf edib. Lakin o həmin güclərin müxalifətdə, yaxud iqtidaryönlü düşərgədə fəaliyyətinin olub-olmaması sualından yayınıb.

Vanetsyan onu da bəyan edib ki, “Soros” fondunun Ermənistandakı fəaliyyəti respublika üçün ciddi təhlükə yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...