Azərbaycan dünyadakı mövqeyini bir qədər də möhkəmləndirib

Azərbaycanda Dini Liderlərin II sammitinin keçirilməsi, dünyanın milli və dini tolerantlıq mərkəzi olan ölkəmizin yeni müvəffəqiyyətli imzası olub. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan dünyadakı mövqeyini, nüfuzunu, çəkisini bir qədər də möhkəmləndirib: “Bəlkə də bütün bu məsəslələr- beynəlxalq və regional formlara, sammitlərə Azərbaycanın ev sahibliyi etməsi bəziləri üçün adi məsələlər kimi görünə bilər. Lakin bunları illər ərzində istər müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin dövründə, istərsə də onun siyasətinin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə həyata keçirilən siyasətin, inkişafın, tolerantlığın bəhrələri kimi qiymətləndirirəm, yəni bütün bunlar cənab Prezidentin 16 illik fəaliyyətinin nəticəsi idi və çox fəxr edilməli, qurur duyulmalı məsələlərdir. Hər birimizi Azərbaycan vətəndaşı olaraq ölkəmizin keçdiyi inkişaf yolunu, əldə etdiyi regional və beynəlxalq uğurların məğzini sözün əsl mənasında dərk etməli və qurur duymalıyıq”.

K.Əliyeva vurğulayıb ki, eyni zamanda qeyd etmək istərdim ki, əgər inkişaf, təhlükəsizlik, sabitlik, tolerantlıq kimi keyfiyyətlər Azərbaycanda olmasaydı ölkəmizə bu qədər etibar və etimad edilməzdi. “Bizə məlumdur ki dünya miqyaslı, dünyanı narahat edən məsələlərin müzakirəsinə ev sahibliyi o ölkələrə verilir ki, orada sabitlik, təhlükəsizlik, inkişaf, tolerantlığın bütün şərtləri təmin edilmiş olsun. Yalnız bu şərtlər daxilində, bütün bu keyfiyyətlər malik olan dövlətlərə üstünlük verilir.

Sonda isə deputat qeyd edib ki, bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanın bütün bu keyfiyyətlərə malik olması çox qürurverici haldır. “Ölkəmiz bu şərtlərin hər birinə cavab verir. Buna görə də dünya üçün əhəmiyyətli məsələlərin, istər siyasi-iqtisadi, istər dini, istər mədəni, istərsə də hərbi məsələlərin müzakirəsinə dair beynəlxalq və regional tədbirlər Azərbaycanda keçirilir. Bu isə Azərbaycanın hərtərəfli inkişafından xəbər verir”.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...