Yeni etiraz dalğası Ermənistan üçün labüddür

Ermənistan hakimiyyəti Jermuk sakinlərinə təzyiq göstərməyə çalışır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Past" qəzeti yazır.

Qəzet yazır ki, son vaxtlar vaxtaşırı Amulsar problemi ilə əlaqədar səlahiyyətlilərin inzibati qollardan istifadə etdikləri, Jermuk sakinlərinə mədənin istismarı ilə bağlı razılığa gəlmələri üçün təzyiq göstərməyə çalışdığı barədə məlumatlar yayılıb.

Nəşrin yazdığına görə, "yerli" liderlər bu məsələdə xüsusilə fəaldırlar, hansıki, əhali arasında "konsensus" yaratmaq üçün addımlar atmaq tapşırığı verilib.

Qəzetin həmsöhbəti, yerli sakin qeyd edib ki, coğrafi cəhətdən Jermuk və ətraf kəndlərdə Amulsar mədəninin istismarı ilə əlaqəli olan hissədə sakinlər özlərini aldanmış sayırlar və artıq hökumətin hərəkətlərinə və vədlərinə inanmırlar. Çünki onlar üçün yerli əhalinin fikirləri əhəmiyyət kəsb etmir və mədənin istismarında əhalini nəzərə belə almazlar.

Qeyd olunur ki, yaxın gələcəkdə Amulsarın istismarına qarşı yeni bir etiraz dalğasının yaranacağına dair sübutlar var və bu da tezliklə paytaxta yayılacaq. Daha doğrusu, yeni bir etiraz dalğası Ermənistan üçün labüddür və bundan hakimiyyət yayına bilməyəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə