İraqda etiraz qurbanlarının sayı artır

İraqın paytaxtı Bağdadda etiraz aksiyaları nəticəsində 4 nəfər ölüb, 50 nəfər müxtəlif xəsarətlər alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nümayişçilərin ölümünə səbəb odlu silah, həmçinin gözyaşardıcı qazdan istifadədir.

2 nəfərin Sınak körpüsü ətafında nümayişlərdə, 2 nəfərin isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, İraqda etiraz aksiyaları 2019-cu ilin oktyabrında başlayıb. Vətəndaşların narazılığına məmurlar arasında korrupsiyanın yüksək, həmçinin kütləvi işsizliyin olması səbəb olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə