"YAP cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvədir” RƏY-ÖZƏL

“Bu gün öz sıralarında 750 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvədir”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Partiyanın ötən 27 ildə qazandığı uğurlarının təməlində sözlə əməl birliyinin dayandığını deyən deputat bildirib ki, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən partiya cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir: “Partiyanın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev olmuşdur. Partiyanın nüfuzu ondadır ki, bu siyasi birliyə hazırda Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir”.

K. Əliyev söyləyib ki, partiya qısa müddətdə ölkə müstəqilliyinin təminatçısı kimi özünü doğruldub: “YAP Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasına böyük töhfələr verib. Partiya qısa müddət ərzində xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur kimi avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün və gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir. Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynamaqla yanaşı, xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...