"YAP Azərbaycanımızı inkişafa, işıqlı gələcəyə aparır" RƏY-ÖZƏL

“Yeni Azərbaycan Partiyası partiyanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi siyasi yol göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, Müasir Azərbaycan Yeni Azərbaycan Partiyasının ideyaları ilə yenidən qurulub və inkişaf etməkdə davam edir: “Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur. YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında dövlət müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir”.

E.Məmmədov vurğulayıb ki, YAP bu gün cəmiyyətdə bütün proseslərin mərkəzində dayanan çox ciddi siyasi gücdür: “Partiyanın iqtidarda olduğu dövrünün ən parlaq uğurlarından biri müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır. Partiyanın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi qüvvəsidir”.

Deputat söyləyib ki, bu gün YAP-ın dünyada tanınan lider partiyalardan biridir: “Bununla yanaşı YAP Qafqazın ən çoxsaylı üzvü olan partiyalar sırasına daxildir. İqtidar, qurucu, yaradıcı olan partiyamız öz sıralarında xalqımızın ən dəyərli insanları birləşdirir. YAP Azərbaycanımızı, xalqımızı inkişafa, işıqlı gələcəyə aparır. Xalqımızı Partiyanın yaranmasının 27-ci ildönümü müünasibətilə təbrik edir, YAP-ın gələcək fəaliyyətinə uğurlar arzu edirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...