"Bu gün YAP üzvləri bütün sahələrdə fəaliyyət göstərirlər" MÖVQE-ÖZƏL

“Yeni Azərbaycan Partiyası bu gün həm Qafqazın, həm regionun, həm də ölkəmizin ən böyük aparıcı siyasi partiyasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki, partiya yaratmaq, insanları ideologiya ətrafında toplamaq heç də kiçik və asan məsələ deyil: "Bu, ümumi taleyüklü, cəmiyyətin tarixini, ictimai siyasi formatı dəyişdirən bir məsələdir. Bunun üçün insanlar güclü şəxsiyyət və mükəmməl siyasi ideologiya ətrarfında toplaşmalıdırlar. Yeni Azərbaycan Partiyası yaradılarkən burada toplaşan insanlar Ümummilli lider Heydər Əliyevin qarşısına qoyduğu, əsas prioritet hesab etdiyi məsələlər ətrafında vahid ideologiya ətrafında bişləşdilər. Əsas məqsəd ölkəni düşmüş olduğu bəlalardan xilas etmək və gələcək inkişafı təmin etmək idi”.

Deputat söyləyib ki, bununla yanaşı həmin dövrdə qarşıya qoyulan məqsədlər Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik çərçivəsində hüquqi dövlət, stabil, sabit sosialyönümlü iqtisadi siyasət, vətəndaş cəmiyyəti quraraq vətəndaşları özünün cəmiyyətin işində aktiv olmasını təmin etmək idi: “Bu gün əminliklə deyə bilərik ki, iqtidar partiyası olaraq YAP-ın yürütdüyü siyasət nəticəsində hüquqi dövlət yaranıb, stabil və sosialyönümlü iqtisadiyyatımız inkişaf edib, vətəndaş cəmiyyəti, demokratik dəyərlər, insan hüquq və azadlıqlar təmin olunub. Bu, partiyanın fundamental prinsipidir”.

İ. Məmmədov ki, digər bir aspektdən yanaşdıqda insanların Ulu Öndər tərəfindən yaradılan partiyaya üz tutduqlarını görmək mümkündür: “Bu gün YAP üzvləri Prezident İlham Əliyevin fəaliyyəti ətrafında birləşərək Azərbaycanın bütün sahələrində fəaliyyət göstərirlər. 740 mindən artıq üzvü olan partiya təmsilçiləri elm, təhsil, səhiyyə, medəniyyət, idman, incəsənət və digər sahələrdə fəaliyyət göstərirlər. Bu, patiyanın böyük elektorata malik olduğunun göstəricisidir”.

Bu gün Azərbaycan dünyada söz sahibinə malik ölkəyə çevrildiyini xüsusi vurğulayan deputat əlavə edib ki, bu, iqtidar partiyasının ətrafında toplaşan insanların mütəşəkkil, səfərbər şəkildə fəaliyyətinin nəticəsidir: “Partiyanın bundan sonrakı fəaliyyətinə uğurlar arzu edirəm. O gün olsun YAP-ın 50 illiyini qeyd edək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...