Samux rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirildi

Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatında partiyanın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan dövlətçiliyinin inkişafında partiyanın xidmətlərindən danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub- saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur”.
Tədbirdə Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat olaraq formalaşması, ölkəmizin içtimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi: “Ulu Öndər Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP Möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında və respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Ulu Öndərimiz Heydər Əliyevin və Cənab Prezidentin siyasətinə sadiq olan Samux sakinləri bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər”.
Tədbirdə YAP Samux rayon təşkilatının qadınlar şurasının sədri Kəmalə Xəlilova, Samux şəhər 2 saylı uşaq bağçasının direktoru Aytən Məmmədova, gənclər birliyinin fəal üzvü Rasim İmamquliyev, İnstitut qəsəbə tam orta məktəbin müəllimi Züleyxa Namazova və Lək kənd tam orta məktəbin müəllimi Ülviyyə Qasımova çıxış edərək, partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında fikirlərini bildiriblər.
Tədbirin sonunda ictimai-siyasi aktivliyi ilə seçilən bir qrup partiya üzvünə Fəxri fərmanlar və hədiyyələr, YAP sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə