“İpin bir ucu Rusiyanın əlindədir” RƏY-ÖZƏL

"Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı beynəlxalq hüquq normalarına zidd Dağlıq Qarabağla bağlı açıqlamalarından sonra hiss olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri müəyyənlik yaranıb". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu bir daha təsdiq edir ki, Qağlıq Qarabağ münaqişəsinin həllində iplərin bir hissəsi Rusiyanın əlindədir: "Yəni Rusiya öz siyasi iradəsini danışıqlar prosesinə diqtə edir və bu baxımdan da indiki status-kvo yaranıb. Azərbaycan tərəfi bu məsələlərə özü reaksiya verməlidir. Yəni Minsk qrupu ATƏT-in qrupudur, həm də BMT-nin nəzarəti altında işləyən qrupdur. Azərbaycan dərhal danışıqlar prosesində süni surətdə yaranmış əngəllər barədə həm ATƏT-in fəaliyyətdə olan sədrinə, həm də BMT rəhbərliyinə məlumatlar çatdırılmalıdır. Bir sözlə, diplomatik təşəbbüslər bizlər tərəfindən qaldırılmalı və bizlər tərəfindən də yaradılan əngəllərin dəf edilməsinə cəhd göstərilməlidir. Ümumiyyətlə, bu gün hər kəs çox yaxşı bilir ki, Ermənistan işğalçı bir dövlətdir. Təbii ki, işğalçı ölkəyə qarşıda da ciddi sanksiyalar tətbiq olunmalıdır. Amma bu gün biz Ermənistana qarşı heç bir sanksiya görmürük".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə