"Türkiyə Suriyada əməliyyata yenidən başlamaq niyyətində deyil"

“Türkiyə Rusiyanın Suriyadakı işini şübhə altına almadığını və "Sülh pınarı”hərbi əməliyyatını davam etdirmək niyyətində olmadığına əmin edib. SİA-nın xəbərinə görə, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəynatına cavab verərkən deyib.

O bildirib ki, ötən gün Türkiyə hökumətinin nümayəndələri ilə səfir arasında əlaqə yaradılıb və edilən danışıqlarda Ankarada heç kimin Rusiyanın gördüyü işləri şübhə altına almadığı müəyyən olundu.

Lavrov Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkovun Suriyadakı konkret faktlarla bağlı Rusiyanın mövqeyini ifadə edən bir açıqlama verdiyini söyləyib.

Rusiya xarici işlər naziri, ABŞ-ın Suriyadakı kürdlər və Şam arasındakı dialoqa mane olmağa çalışdığına diqqət çəkib: “Biz tam əks mövqe tutur və əmin edirik ki, kürdlər və Şam arasındakı dialoq yalnız kürdlərin hüquqlarının təmin olunması problemlərini deyil, həm də Türkiyə Cümhuriyyətinin qanuni təhlükəsizlik maraqlarını təmin etmək problemlərini həll edə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...