Şoyqu Tonoyanı MDB Müdafiə nazirlərinin Bakı iclasına gətirə bilmədi

RF Müdafiə naziri S.Şoyqu Ermənistandakı hərbi bazanın gücünü yaxın vaxtlarda 2 dəfə artrılacağını bildirdi. SİA xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, bunu bəzi ekspertlər Azərbaycana təzyiq vasitəsi kimi təqdim etdilər, amma reallıqda bu belə deyil: “Rusiyanın Ermənistandakı hərbi bazası yalnız Ermənistan Respublikasının 29700 km2 ərazisinin təhükəsizliyinin təminində istifadə oluna bilər. Vaxtilə Vaqarşak Arutyunyan təlimatı olduğu kimi təqdim etdi; Azərbaycan tankları sərhəddən keçib Yerevana doğru sürətlə irəliləyəcəyi təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası müharibəyə qoşula bilər. Rusiyanın Ermənistandakı hərbi bazasının Dağlıq Qarabağ münaqişəsinə zərrə qədər aidiyyəti yoxdur. Rusiya-Ermənistan birgə qoşunlarının komandiri, general A.Markaryan vaxtilə “Müharibə olacağı təqdirdə mən çəkinmədən Rusiya-Ermənistan birgə qoşunlarına Qarabağa girmək əmrini verəcəyəm” sözünün cavabında bir neçə gündən sonra o, vəzifədən azad edildi. Ona görə Rusiyanın Ermənistandakı hərbi bazasının genişləndirilməsinin Dağlıq Qarabağ tənzimlənməsinə aidiyyəti yoxdur.

Qarabağ məsələsində Rusiyanın hərblə əlaqəli mövqeyi aydın şəkildə bəllidir. RF Dağlıq Qarabağ müharibəsinin zaman və coğrafi parametrlərindən narahatdır. RF üçün ən böyük qorxu Dağlıq Qarabağ müharibəsinin uzanması və intensivləşib Qafqazın digər bölgələrinə keçməşidir. Belə olmayacağı təqdirdə RF Dağlıq Qarabağda müharibənin əleyhinə deyil. RF XİN rəhbəri S.Lavrovun son bəyanatı bunu aşkar şəkildə göstərir: “Rusiya Dağlıq Qarabağ münaqişəsi regionunda iri hərbi əməliyyatların baş verməməsi üçün əlindən gələni edəcəkdir”.

S.Lavrov yüksək səviyyəli diplomatdır, ermənidir. Milliyyətcə erməni diplomatın dilindən bu fikir səslənirsə o deməkdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi regionunda lokal hərbi əməliyyatların əleyhinə deyil. Bəzi qeyri-hökumət təşkilatları Rusiyanın Ermənistandakı hərbi bazasını Ermənistanda hüquq pozuntuları üçün əsas kimi təqdim etdilər. Rusiyanın Ermənistandakı səfiri bununla əlaqədar geniş bəyanatla çıxış etdi. Qərbə bağlı QHT-ləri iki ölkə arasında münasibətlərdə gərginlik yaratmaqda ittiham etdi. Əksər ekspertlərin, o cümlədən Ermənistanın Qərbpərəst düşüncəli Müdafiə naziri D.Tonoyanın fikrincə, Rusiyanın Ermənistandakı hərbi bazası Ermənistan və Cənubi Qafqazın təhlükəsizliyində kifayət qədər vacib məsələlərdəndir".

"S.Şoyqu MDB Müdafiə nazirlərinin Bakı iclasında iştirak məqsədilə yolüstü Yerevana dönmüşdü. Çünki təxminən 3 il bundan öncə Rusiya Daxili İşlər naziri MDB Daxili İşlər nazirlərinin Bakı iclasına Yerevandan gəldi və Ermənistanın Daxili İşlər nazirini (Ermənistan polisinin rəisi) götürüb özü ilə gətirmişdi. Görünür, S.Şoyqu da o halı təkrarlamaq istədi, amma D.Tonoyan buna imkan vermədi. Həm də N.Paşinyan da Ermənistanda tam söz sahibi deyil. Bəzi ekspertlərə görə isə D.Tonoyan Bakıda iştirak etməli, MDB iclasında səslənən anti-erməni fikirlərə cavab verməli idi.

Həqiqətən MDB-nin Aşqabad sammitində Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin qaldırdığı məsələ MDB Müdafiə Nazirləri Şurasının Bakı iclasında da davamını tapdı. RF Müdafiə naziri S.Şoyqu başda olmaqla MDB Müdafiə nazirlərini qəbul edərkən həm Prezident İlham Əliyev, həm də S.Şoyqu bu məsələyə münasibət bildirdilər”, deyə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə