Ermənistanda “iqtisadi inqilab”, yoxsa “manipulyativ səy”

Bir erməni partiyası yeni hökumətin “iqtisadi inqilab” anlayışını “manipulyativ səy” kimi dəyərləndirir və pisləyir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə bu gün "Birləşmiş Ermənistan" partiyası üzvlərinin Ermənistan hökumətinin 2020-ci il dövlət büdcəsi layihəsi ilə bağlı verdiyi tənqidi açıqlamada bildirilib.

Məlumatda qeyd olunur ki, partiya üzvləri Ermənistan hökumətinin “iqtisadi inqilab” anlayışını, müəyyən hədəf qrupları arasında ictimai əhval-ruhiyyəni manipulyasiya etməyə yönəldilmiş bir ifadə adlandırıb.

Mövcud çatışmazlıqları qeyd etməklə, partiya hakimiyyətin vəd edilmiş islahatlara həqiqi bağlılığını şübhə altına alır. Partiya üzvləri sənədin son variantında təklif olunan şərtlərin olmamasını da vurğulayırlar.

Ölkədə "inqilabdan sonrakı dövrdə" yeni hökumətin iqtisadiyyatın şaxələndirilməsini əsas hədəfə çevirmək vədinə baxmayaraq ciddi dəyişikliklər baş vermədiyini də sözügedən partiya nümunə gətirir. Partiya həmçinin hökuməti kölgə iqtisadiyyatını azaltmaqda günahlandıraraq, proqnozlaşdırılan vergi ilə ÜDM-ə nisbətin ötən il 22.3% və 20.9% əvəzinə 2020-ci ildə cəmi 22.6% olacağını da qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...