“Xalq xəyanəti və satqınlığı bağışlamır” RƏY-ÖZƏL

"Söyüş, təhqir hər bir insanın şərəf və ləyaqətinin alçaldılması təkcə bizdə yox bütün dünya dövlətlərinin qanunlarında cinayət hesab olunur". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, hansı ki, Azərbaycandan AXCP və Müsavatın saxta partiya vəsiqələri hesabına Avropaya gedərək orada yerləşən insanların müəyyən göstəriş əsasında Azərbaycan əleyhinə sosial şəbəkələrdə söyüş və təhqir kampaniyası aparmaları cinayətdir: "Onlar Azərbaycan dövləti haqqında elə xoşagəlməz fikirlər səsləndirirdilər ki, bu fikirlər bağışlanmazdır. Eyni zamanda bu cür hərəkətləri səviyyəsizlik və bağışlanmayan bir hərəkətdir. Xalqımız heç vaxt xəyanəti və satqınlığı bağışlamır. Demək olar ki, adları şəkildə qüvvələr özləri üçün bir ticarət şəbəkəsi yaratmışdılar. Almaniya polisinin apardığı axtarışlar zamanı və KİV-lərdən əldə etdiyimiz məlumata görə, siyasi mühacir adı ilə çıxış edənlər AXCP, Müsavat, “Milli Şura” və digər partiyaların möhür və ştamplarından istifadə ediblər. Əsasən də bu məsələdə Müsavatın adı daha çox hallanır. Çünki həbs olunanların bir çoxu Müsavat partiyasının üzvüdür, eyni zamanda həbs olunalar arasında AXCP-nin və “Milli Şura”nın da üzviləri var. Düşünürəm ki, həbs olunanların Azərbaycana deportasiya olunmaları tam ədalətlidir. Çünki artıq bu faktdır. Bu işdə kimin nə günahı varsa hər kəs qanun qarşısında cavab verəcəkdir və etdikləri əməllərə görə də qanun çərçivəsində cəzalarını alacaqlar. Müxalif partiyalar xaricidən maliyyələşməklə özlərinə bir biznes qurublar. Bu cür vasitə ilə də özlərinin alver şəbəkəsini quraraq maliyyə qaynağı əldə ediblər. Xaricdəki mühacirlərin həbs olunmaları, açıq şəkildə Müsavat, AXCP və “Milli Şura” rəhbərliyinin əsl iç üzünün cəmiyyətə nümayişidir".

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...