“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək.

Bununla bağlı qanuna 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Məhkəmə ekspertlərinin fəaliyyətində bu yeniliklər olacaq:

"Qanuna edilən digər dəyişikliyə əsasən isə, Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq. Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestr müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək".

Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...