"Yeni paket qanunların təqdim olunması nəzərdə tutulur”

“Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında imzaladığı fərmanının icrası ilə bağlı gələcəkdə də yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur”. SİA-nın xəbərinə görə, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, dəyişiklik layihələrinin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək.

Komitə sədrinin sözlərinə görə, proses iştirakçılarına da alternativ ekspert rəyi almaq üçün səlahiyyət verilir: "Həm təcrübəli özəl mütəxəssislərin cəlb edilməsi yolu ilə həm də bu sahədə rəqabətin yaranması səbəbindən məhkəmə ekspertizasının keyfiyyətinin yaxşılaşdırılması gözlənilir. Məhkəmə ekspertizası keçirilməsi müddətinin dəqiqləşdirilməsi nəticəsində bəzi kateqoriyalı işlərə baxılması müddət də azalacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...