Nazirlər Kabinetinin yeni mətbuat xidmətinin rəhbəri kim olacaq?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən azad edilib. SİA bu barədə Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

Qeyd edək ki, Ayaz Mirzəyev məlumatı təsdiq edib.

O, bu ilin aprelində keçmiş Baş nazir Novruz Məmmədov tərəfindən verilən əmrlə bu vəzifəni daşıyırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə