Ermənistan hakimiyyəti kriminalların hədəfində

Qanuni oğrular Ermənistanda "toplantı" hazırlayır.SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet yazır ki, kriminal aləmin tanınmış nümayəndələri dekabrın əvvəlində Ermənistanda "toplantı" keçirməyi planlaşdırır və orada Ermənistan hökumətinin hazırladığı sensasion qanun layihəsini müzakirə ediləcək. Görüşün Saxkadzor kurort şəhərinin dəbli otellərindən birində keçirilməsi nəzərdə tutulur.
Nəşrin öz mənbələrinə istinadən verdiyi məlumata görə, "toplantı"da Rusiya və Gürcüstanın tanınmış qanuni oğruları da daxil olmaqla bir çox onlarla cinayətkar orqan iştirak edəcək. Toplantı iştirakçıları tərəfindən, avqustun 29-da Ermənistan hökuməti tərəfindən qanuni oğru statusunu almağı kriminallaşdıran yeni qanun layihəsi müzakirə olunacaq. Üstəlik, təkcə "qanun oğruları" deyil, həm də kriminal avtoritetlər cinayətkar subkulturadakı insanlar kateqoriyasına düşəcəklər.
Nəşrin yazdığına görə, Saxkadzordakı "toplantı"da kriminal aləmin nümayəndələri qanun layihəsinin qəbulunun onlara necə təsir göstərə biləcəyini və Ermənistanda davamlı olmasını necə təmin edəcəklərini anlamağa çalışacaqlar.
Göründüyü kimi, Ermənistan hakimiyyətinin qərarları, ümumiyyətlə idarəetmə nəinki siyasətçilər, adi vətəndaşlar, hətta cinayətkarlar tərəfindən də müsbət qarşılanmır. Uzun müddətdir ki, Ermənistanın həbsxanalarında baş verənlər, göndərilən ültimatumlar təsdiq edir ki, Ermənistan hakimiyyəti həm də kriminal aləmin hədəfindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...