Sorosun əsiri olan Nikol Paşinyan

Ermənistanın baş nazirini Sorosun caynaqlarından qoparmaq, azad etmək lazımdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “VETO” ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan özünün Facebook səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, Narek Malyan hətta aksiya da keçirmək niyyətində olduğunu da gizlətməyib.
“Keçən həftə Nikol Paşinyan əvvəlcə parlamentin kürsüsündən nə isə bir şey üçün cavabdeh olduğunu bəyan edib. Əlbəttə ki, bu "nə isə bir şey" cinsiyyətini dəyişən bir insanın müdafiəsidirsə də, bütün hallarda bu, yəni etiraf özü artıq irəliləyişdir", deyə “VETO” ictimai-siyasi hərəkatının rəhbəri Facebook-da bildirib.

Hərəkatın rəhbəri Paşinyanı Sorosun əsiri adlandırıb.

"Əlbəttə, Paşinyanın Daluzyanı kimdən qoruduğuna dair sual ortaya çıxır, halbuki onunla heç kimin problemi yoxdur. Bütün bunları nəzərə alaraq, Paşinyanın bir növ əsir götürüldüyü qənaətinə gəlirik. Qənaətə gəlirik ki, onu Sorosçular əsir kimi istifadə edirlər. İstəklərini baş nazirə diktə edir və cəfəngiyat danışmağa məcbur edirlər. Məsələn, Daluzyanı özünün himayəsinə götürmək, mənasız və məqsədəuyğun olmayan şeylər söyləmək kimi əmrlər verilir Ermənistanın baş nazirinə. Nikol Paşinyan anti-milli gündəliyin həyata keçirilmə mərhələsinə girməyə məcburdur”, deyə Narek Malyan iradını gizlətməyib.

O, 20 noyabr saat 15: 00-da Açıq Cəmiyyət Fondu ofisinin qarşısında "Nikol Paşinyana azadlıq" şüarı altında aksiya keçiriləcəyini də bəyan edib.

“Biz onun sərbəst buraxılmasını tələb edəcəyik, çünki baş nazirin xarici kəşfiyyat şəbəkəsi olan Sorosun caynaqlarından qoparmağın vacib olduğuna inanırıq. İnanırıq ki, ayıq, adekvat bir insan bu cür açıqlamalar verə bilməz. Sadəcə alnına silah dirəyib axmaq bir şey et deyirlər ki, o da edir”, deyə Narek Malyan öz fikirlərini gizlətməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...