Qarabağ Azərbaycana qaytarılmalıdır

Qarabağı Azərbaycana qaytarmaq lazımdır. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dediyi bu sözlər Ermənistana məxsus mətbuat səhifələrində də yayımlanıb.

Məlumatda o da qeyd olunur ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Naxçıvan və Kür-Araz keçidi barədə onun adından mediada yayılan sözlərin yanlış, dezinformasiya olduğunu bəyan edib. Onun sözlərinə görə, həm prezidentliyi illərində, həm də Qafqazdakı münaqişələrlə bağlı məsələlərdə, o hər zaman sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğu mövqeyində dəyişməz qalıb.

"Bu münaqişələrin həqiqi və ədalətli həlli Cənubi Osetiya və Abxaziyanın Gürcüstana, Qarabağın Azərbaycana qaytarılmasından keçir", deyə Saakaşvili bəyan edib. Bir sözlə, eks president vurğulayıb ki, Qarabağ Azərbaycana qaytarılmalıdır. Gürcüstanın sabiq prezidenti əlavə edib ki, o, Azərbaycan Prezidenti İlham Əliyevi özünün "qardaşı" hesab edir və eyni zamanda hesab edir ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə