Ankara Suriyada hərbi əməliyyatların bərpa olunacağını istisna etmir

“Əgər bölgə Ankaranın terrorçu hesab etdiyi şəxslərdən təmizlənməsə, Türkiyə Suriyanın şimal-şərqində yeni bir hərbi əməliyyata başlayacaq”. SİA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə XİN başçısı ABŞ və Rusiyanın Suriyanın şimal-şərqindəki Kürd Xalqının Özünümüdafiə Qüvvələrinə (YPG) qarşı hücumunu dayandıran və Türkiyə ilə həmsərhəd bölgədən kürd yaraqlılarının çıxarılmasını təmin edən razılaşmalar üzrə öhdəliklərini yerinə yetirmədiklərini söyləyib.

Çavuşoğlu Vaşinqton və Moskvanı razılaşmaları yerinə yetirməyə çağırıb: “Nəticə əldə olunmasa, lazım olanı edəcəyik”.

Qeyd edək ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Suriyada "Sülh mənbəyi" hərbi əməliyyatının Türkiyənin zəruri hesab etdiyi təqdirdə davam etdirilə biləcəyini bildirmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...