Tiflisə təxminən 15 avtobus xüsusi təyinatlılar gətirilib

Polis patrul birqadası, eləcə də xüsusi təyinatlılardan ibarət 15 sarı avtobus müxalifət üzvləri və onların tərəfdarlarının etiraz olaraq toplandığı Gürcüstan parlamentinin binasına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,

Parlament çoxluğundan olan deputatlar büro iclası keçirmək üçün müxalifət tərəfindən bloklanmış məclisə gəlməlidirlər.

“Xüsusi təyinatlılardan ibarət 15 avtobusun binaya necə gəldiyini görə bilərsiniz. Bununla yanaşı Parlament binasının qarşısında görünməmiş sayda polis patrul briqadası da var”, -deyə Gürcüstan mətbuatında qeyd olunub.

Qeyd edək ki, Tiflisdə parlament qarşısında etiraz aksiyalarına başlanılıb. Bütün Müxalif qüvvələr hökumət əleyhinə birləşərək erkən parlament seçkilərinin keçirilməsini və keçid hökuməti təyin edilməsini tələb edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...