Paşinyan və hakimiyyətinin repressiyaları

Vəkil bildirib ki, hətta Makron özü də Koçaryanın məhkəmə işini izləyir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın maraqlarını təmsil edən fransalı vəkil Sevak Torosyan, İrəvanda jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Fransa prezidenti də Köçəryanın məhkəmə işi ilə bağlı prosesləri izləyir.
“Bu yaxınlarda prezident Makrona işlərin il ərzində necə getdiyini bildirmək üçün rəsmi məktub yazdım. Bir ay sonra Macron-dan bir məktub aldım. O, öz məktubunda Fransanın Robert Köçəryanın işi üzrə məhkəmə prosesini izlədiyini bildirib", deyə vəkil xəbər verir.

Torosyanın sözlərinə görə, o cavab gözləmədiyi halda, Makron bu cavabın hüquq bürosunun dörd divarı arasında gizli qalmayacağını bilərək belə yazılı şəkildə cavab vermək qərarına gəlib. Vəkilin sözlərinə görə, Köçəryana qarşı iş bir şəxsin istəyi ilə bağlıdır və bu şəxsin baş nazir olduğunu ölkə hüdudlarından kənarda da hamı bilir.
O, həmçinin qeyd edib ki, bu gün Ermənistanda məhkəmələrin müstəqillik prinsipi haqqında danışmaq mümkün deyil. Yəni, vəkil dolayısı ilə vurğulayıb ki, Paşinyan və onun hakimiyyətinin repressiyaları heç kim üçün sirr deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə