Gülağa Aslanlı hansı “faktı” axtarır FOTOFAKT!

Və ya özünü sərsəm yerinə qoymaqla, xalqı aldatmaq olmaz!

Bu günlərdə Müsavat partiyasının daha bir siyasi mühacirə saxta arayış verməsi ilə bağlı iddia ortaya çıxıb. SİA xəbər verir ki, bu barədə Avropada mühacirətdə olan jurnalist, keçmiş müsavatçı Yafəz Əkrəmoğlu sosial şəbəkələrdə məlumat yayıb. Belə ki, Arif Hacılının imzası, Müsavat partiyasının möhürü ilə verilən arayış fotosunu paylaşan Y.Əkrəmoğlu yazıb ki, ortada bütün faktlar olduğu halda, Müsavat başqanının və funksionerlərinin “fakt” tələb etmələri heç bir çərçivəyə sığmır.

Yafəz Əkrəmoğlu: “Arayışın içәrisindәki “təzyiqə məruz qalıb”, “polis təqibi”, “mühacirәtә getmәyә mәcbur oldu” kimi digәr mәlumatlar da tam yalandı”

“Bu qәdәr hәngamәdәn sonra Gülağa Aslanlı yenә deyir ki, fakt qoyun. Bu qәdәr fakt yetәrli deyilmi? Deyilsә, Arif Hacılının orijinal imzası, Müsavatın halalca möhürü ilә "geydirmә siyasi mühacir"ә verilәn bir arayışı da paylaşıram”, deyə qeyd edən Y.Əkrəmoğlu əlavə edib ki, qarşı tərəf real həqiqətlər olsa belə, həmin həqiqətləri qəbul etmək cürətinə malik deyillər: “Bilirәm ki, bir yol tapıb, boyunlarından atmağa çalışacaqlar. Önәmli deyil, sadәcә mәlumatlanın. İçi saxta vә yalan mәlumatlarla dolu bir arayışdan gedir söhbәt. Bu arayışı Arif Hacılı 2014-cü ildә Avropaya mühacirәtә getmәk istәyәn bir naxçıvanlıya verib. Hәlәlik adının üstündәn xәtt çәkib paylaşıram. Arayışda yazılıb ki, arayış verilәn "qәhrәman" Müsavat partiyasının Babәk rayon tәşkilatı gәnclәr özәyinin fәal üzvüdür. Birinci yalan Müsavat partiyası Naxçıvan MR әrazisindәki tәşkilatların heç birindә gənclər özəyi olmayıb. Sadәcә arayış belә yazılıb ki, daha tәsirli görünsün. Arayışın içәrisindәki “təzyiqə məruz qalıb”, “polis təqibi”, “mühacirәtә getmәyә mәcbur oldu” kimi digәr mәlumatlar da tam yalandı, şәxsin rahat siyasi mühacir status almasına hesablanıb”.

Müsavatçıları ifşa edən sabiq müsavatçı həmin faktları nəyə görə əminliklə yazdığına da aydınlıq gətirib: “Bunları nәyә görә әminliklә yazıram? Çünki mәn uzun müddәt Müsavatın Naxçıvan MR tәşkilatında rәhbәr postlarda olmuşam. Naxçıvanda elә bir müsavatçı fәal (yaxud azacıq fәal) yoxdur ki, indi dә tanımayım”.

“Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram”

Keçmiş müsavatçının digər faktı isə budur ki, saxta arayışda adı hallanan şəxs heç vaxt partiyaya üzv olmayıb: “Arayışda yazılana inansaq bu şәxs 2008-ci ildәn partiya üzvüdür. Hәqiqәtәn tәzyiqlә üzlәşәn belә bir fәalı mәnim tanımamam mümkünsüzdü. Qәti әminliklә deyirәm ki, hansısa siyasi fәal olan naxçıvanlı müsavatçı indiyә kimi mühacirәtә gәlmәyib. Kimliyindәn asılı olmayaraq. Әgәr belә bir şәxs olsa mütlәq mәn tanıyardım. Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram. Harada, necә, hansı mәqsәdlә müsavatçı edilib, bu arayış yazılıb, özlәri cavab versin”.

Beləliklə, arayışda adı çәkilәn şәxs heç vaxt Naxçıvanda müsavatçı olmadığını deyib: “Olsa da belә Bakıdakı qәrargahdakı arxivә saxta yolla, köhnә tarixә "oformit" edilib. Yaxud da, heç onu da etmәyiblәr. Bu yaxınlarda Arif Hacılıgil güya şәffaflıq mәqsәdiylә mәlumat yaydılar ki, son 5 ildә 197 әdәd arayış veriblәr. Ancaq arayış alanların kimliklәri haqda mәlumatı ciddi-cәhdlә gizlәdirlәr. Araşdırmalarımıza görә bu rәqәm әslindә dәfәlәrlә artıqdır. Bundan әlavә böyük әksәriyyәt arayışların içәrisindәki mәlumatlatlar bax, paylaşdığım arayışdakı mәlumatlar kimi saxtadır. Elә buna görә arayışsahiblәrinin kimliklәrini paylaşmırlar. Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr. Bax, buna görә. Etmәyin, demәsinlәr”.

“Arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib”

Y.Əkrəmoğlu qeyd edib ki, arayışda adı keçәn şәxs 2014-cü ildә Avropa ölkәlәrinin birinә mühacirәtә gedib: “Haqqında mәnfi qәrar çıxarılıb, siyasi status ala bilmәyib. Yәni arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib. Onun sonrakı taleyini vә adını göstәrmәmәkdә mәqsәd qarşılaşa bilәcәyi tәhlükәni önlәmәkdi. Yәni, bizim әlimizlә olmasın”.

Bu arada, jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırmaqda qaçan daha bir müsavatçı funksioner Gülağa Aslanlı yaxasını kənara çəkərək, “fakt” tələb edir. Lakin bütün çılpaqlığı ilə ortaya çıxan faktları nədənsə görmür. Ya o özünü sərsəmliyə vurur, ya da xalqı aldatmağa çalışır. Amma haraya fırlatmağa cəhdlər göstərsə belə, bir vaxtlar onlara inanan elektoratları istefa tələblərindən əl çəkməyəcəklər. Daha dəqiq desək, Arif Hacılı başda olmaqla, bütün idarə heyəti istefaya gedərək, rüsvayçılıqlarını da etiraf etməyə məhkumdurlar!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə