Namiq Axundov: “Xaricidəki müxalif söyüş qrupundan istifadə edilir” RƏY-ÖZƏL

"Xaricidə bəzi qüvvələr var ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclı hissi ilə yanaşır və bu uğurlara kölgə salmaq üçün xaricidəki müxalif söyüş qrupunda istifadə edirlər". Bunu SİA-ya açıqlamasında Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Namiq Axundov deyib.

Onun sözlərinə görə, əlbəttə ki, xaricidə olan söyüş qrupunun ölkəmizlə bağlı reallığı özündə əks etdirməyən və xoşagəlməz fikirlər səsləndirmələri heç də yaxşı hal deyil: "Bu işdə kimin nə günahı varsa öz cəzasını çəkəcəkdir. Tam əminliklə demək olar ki, söyüş qrupunun xaricdə qanunsuz əməllərinə görə, həbs olunmaları Müsavat, AXCP, “Milli Şura” rəhbərliyinin ifşası deməkdir. Bu məsələdə Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri də məsuliyyət daşıyırlar. Çünki, məhz bu şəxslər xaricdə mühacir adı ilə çıxış edən şəxslərin saxta partiya vəsiqələri ilə təmin olunmalarında rolları olub. Bu baxımdan söyüş qrupunun qanunsuz əməllərinə görə Müsavat, AXCP və “Milli Şura” da məsuliyyət daşıyır. Əgər hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində xaricdəki işbazların burdakı partiya sədrləri ilə birbaşa əlaqələri olduğu öz təsdiqini taparsa, onda hər kəs qanun qarşısında cavab verəcəkdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə