Vətəndaşlar Ermənistandakı qanunsuzluqlardan beziblər

Ermənistanda konstitusiya dəyişiklikləri lazımdır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bunu armlur.am saytına verdiyi müsahibədə hüquq müdafiəçisi Artur Sakuns deyib.

Məlumatda qeyd olunur ki, onun sözlərinə görə, problemlər güclə həll edilə bilməz. Hüquq müdafiəçisi Konstitusiya Məhkəməsi ətrafındakı vəziyyətə münasibət də bildirib.
“Biz hüquqi şəxslərlə işləyirik və bu təşkilatlar özləri qərar verir. Konstitusiya Məhkəməsi əhəmiyyət kəsb edən 1500 qərarın olduğunu söyləyib. Amma həyati əhəmiyyət daşıyan bir qərar var ki, bu qərar rədd edilib və hansıki, daha böyük əhəmiyyət kəsb edir", deyə Artur Sakuns bildirib.
Göründüyü kimi, hüquq müdafiəçisi özü də öz ölkəsində qanunsuzluğun hökm sürdüyü qənaətindədir və vətəndaşlar Ermənistandakı qanunsuzluqlardan beziblər. Elə bu səbəbdəndir ki, bu ölkədə, Ermənistanda konstitusiya dəyişikliklərinin olmasını labüd hesab edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...