Bu gündən Ermənistan işıqsız qalır

İrəvanda və Ermənistanın 7 vilayətində bu gündən artıq işıq olmayacaq. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Elektrik Şəbəkələri QSC məlumat yayıb.

Məlumatda bildirilir ki, 18 noyabrda planlı təmir işləri aparmaq üçün bir çox vilayətlərdə elektrik enerjisi dayandırılacaq. Həmçinin nəzərə çatdırılır ki, təmir işləri və elektrik enerjisinin kəsilməsi növbəti qəzaların baş verməməsi üçün nəzərdə tutulub. Bəlli olur ki, sözügedən bu ölkədə elektrik sahəsində qəzalı vəziyyət hökm sürür və əlaqədar qurumlar bununla bağlı çox narahatdır. Elə bu narahatçılıq səbəbindən də elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb və demək olar ki, ölkə ərazisinin böyük hissəsi elektrikdən bir müddət məhrum olacaq. Bu məhrumiyyət səbəbindən də bu gündən demək olar ki, bütün Ermənistan işıqsız qalır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə