Ermənistanda yanğınsöndürənlər 60,5 hektar ərazidə yanğın söndürülməsinə cəlb ediliblər. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumata görə noyabrın 16-da Ermənistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ölkənin müxtəlif otlaq sahələrində baş verən 5 yanğın hadisəsi ilə bağlı siqnal daxil olub.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına əsasən, Masis şəhərində 1500 kvadratmetr ərazi, Sovaqyuxda 5 hektar, Kaqsi Kotaykda 6 min kvadratmetr, Meqradzor kəndində 50 hektar, Vayos Dzor bölgəsində 5 hektar sahədə yanğın baş verib. Yanğınsöndürənlər ərazilərə gödərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə