Honq Konqda polis şəhərciyi mühasirəyə alıb

Polis, yüzlərlə etirazçının iştirak etdiyi alovlu gecə qarşıdurmasından sonra Honq Konqun universitet şəhərciyini mühasirəyə alıb. SİA BBC News-a istinadən xəbər verir ki, onlarla etirazçı günəş çıxandan sonra şəhərçiyi tərk etmək qərarına gəlsə də polisin gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyini görərək geri qayıdıb.

Bir müddət əvvəl polislər Politexnik Universitetinə girməyə çalışsa da, benzin bombası və kərpiclə qarşılanıblar. Honq Konqda şiddətli etirazlar böyüməyə davam etdiyi üçün nümayişçilər bir neçə gündür ərazini işğal edirlər.

Bazar ertəsi səhər universitetin rəhbəri, professor Jin-Quanq Ten, etirazçılara müraciət edib və video açıqlama verib. Bu müraciətdə və videoaçıqlamada qeyd olunur ki, professor Ten özü şəxsən polislərlə razılığa gəlib və bu razılığa əsasən etirazçıların dinc yolla ayrılacaqları təqdirdə onlar dinc şəkildə də öz ünvanlarına dönə bilərlər. Yəni etirazçılar dinc şəkildə ayrılacaqları təqdirdə onlara güc tətbiq edilməyəcək, sərbəst buraxılacaqlar.
Lakin mesaj heç bir nəticə verməyib, etirazçılar şəhərcikdə qalıblar və etiraz aksiyası hələ də davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə