Qanunsuzluğun hökm sürdüyü Ermənistanda məmur özbaşınalığı və təhdidlər

Ermənistanda qanun və qanunun aliliyi nə vaxtsa bərqərar olacaq və ondan sonra kimisə hədələmək, dalana dirəmək heç bir məmurun ağlına belə gəlməyəcək. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Millət Məclisinin sabiq rəhbərinin müavini Arsen Babayan özünün Facebook səhifəsində yazıb.

Məlumata görə, o öz səhifəsində yazıb ki, indi olmasa da belə, Ermənistanda qanunun aliliyi və qanun nə zamansa hökm sürəcəkdir.
“Ermənistan Respublikasında qanun və qanunun aliliyi nə zamansa mütləq bərpa olunacaq. Bu çox uzun sürməyəcək və ən yaxın gələcəkdə baş verəcək. Sizi inandırıram ki, bu baş verən kimi, yəni qanun və qanunun aliliyi bərpa ediləndən, bərqərar olandan sonra heç bir məmur qanunsuz hərəkət etməyi, kimləri isə təhdid etməyi ağlına belə gətirə bilməyəcək”, deyə A. Babayan bildirib.
Göründüyü kimi, populistcəsinə demokratik, dünyəvi dövlət kimi dünyaya sırınan Ermənistanda qanun və qanunun aliliyi hələ də bərqərar olmayıb və bu ermənilərin özləri tərəfindən də etiraf olunur. Qanunsuzluğun hökm sürdüyü Ermənistanda məmur özbaşınalığının və təhdidlərin olması təbii hala çevrilib ki, bu artıq çoxdandır həmin ölkənin vətəndaşlarını da bərk narahat edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə