Elman İmaməliyev Belarusda keçirilən seçkilərdə iştirak edib

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının direktoru Elman İmaməliyev və filialın daha 3 əməkdaşı 17 noyabr 2019-cu ildə keçiriləcək Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına keçirləcək seçkilərin müşahidəsini həyata keçirmək üçün Belarus Respublikasının Seçkilər və referendumların keçirilməsi üzrə Mərkəzi komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçiblər. MDB PAA DİMBİ Bakı filialından SİA-ya verilən məlumata görə, filialın direktoru E.B. İmaməliyev MDB PAA-dan olan beynəlxalq müşahidəçi qrupunun tərkibində qısamüddətli müşahidəni həyata keçirmək üçün Minsk şəhərinə ezam olunub və seçkilərinin təşkili və keçirilməsini müşahidə etmək üçün bir sıra seçki məntəqələrində olub.

MDB PAA DİMBİ Baki filialının əməkdaşları seçki günü – 17 noyabr 2019-cu il tarixdə Belarus Respublikası Milli Məclisinin nümayəndələr Palatasına seçkilərin təşkili və keçirilməsini müşahidə etmək üçün Belarus Respublikasının Azərbaycandakı səfirliyində olublar. Əməkdaşlar əldə edilən məlumatları mütamadi MDB PAA-da fəaliyyət göstərən seçki qərargahhına təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...