Ermənistan hakimiyyətinin tək qalmaq qorxusu

Ermənistan hakimiyyəti tək qalmamaq üçün əllərindən gələni edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, bir neçə gündür parlamentin yarısına qədər boş qalan salonunda 2020-ci il büdcə layihəsinin müzakirəsi başa çatmaq üzrədir və maraqlı odur ki, hakim blokdan olan deputatlar da hökumətin təqdim etdiyi büdcəyə o qədər də əhəmiyyət verməyiblər.
Layihə gələn həftə parlamentin səsverməsinə çıxarılacaq və əgər “Çiçəklənən Ermənistan” partiyası əleyhinə səs verəcəyini açıqlasa, “Parlaq Ermənistan” partiyası da seçim qarşısında qalacaq.
Bütün bunların fonunda Ermənistanın hakim partiyası, Paşinyan hakimiyyəti tək qalmaq qorxusu yaşayır. Təsadüfi deyil ki, sözügedən hakim partiya gələn ilin, 2020-ci ilin büdcəsinin inqlabi bir büdcə olacağını iddia edir, yenə də vədlər verərək hiyləgərliyə əl atır və Paşinyanın populizm siyasəti bu məqamda da özünü göstərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...