"Azərbaycan dünyanın milli və dini tolerantlıq mərkəzi olaraq növbəti uğuruna imza atdı" MÖVQE-ÖZƏL

"Dünyanın milli və dini tolerantlıq mərkəzi olan ölkəmiz daha bir uğuruna imza atdı, Dünya dini liderlərinin II Bakı Sammitinə uğurlu ev sahibliyi etməklə, bir daha dünyadakı yerini, nüfuzunu, çəkisini artırdı, möhkəmləndirdi, gücləndirdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə milli və dini tolerantlıq mərkəzi funksiyasını sözdə, bəyanatda deyil, əməldə, reallıqda gerçəkləşdirdiyini bir daha sübut etdi. Onun sözlərinə görə, tolerantlıq, bütün dinlərə, konfessiyalara, onların daşıyıcılarına, bütün millətlərə, xalqlara, etnik qruplara dözümlü, xoşməramlı, insanpərvər və sülhpərvər münasibət onun ruhundan, varlığından qaynaqlanır:" Pezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın II Bakı sammitində iştirak etməsi, dövlət başçısının Sammitdə tarixi və parlaq çıxışı tədbiri xüsusi rəng və gözəllik qatmış oldu".

Deputat qeyd edib ki, bu gün dünyanın hər bir guşəsinə, yaxın və uşaq qonuşlarımızın çoxuna baxsaq orada dini zəmində problemlər yaşandığını görərik" Hətta, bəzi ölkələrdə dini zəmində, dini müstəmizdə çox ciddi, çox güclü qarşıdurmalar mövcuddur. Ksenofobiya, İslamafobiya, antisemitizm meylləri getdikcə güclənir. Xüsusilə də, Avropa ölkələrində, özlərini hər biri məsələdə mükəmməl sayan Qərb dövlətlərində ksenofobiyanın, İslamafobiyanın güclənməsi, təhlükəli tendensiyaya çevrilməsi günümüzün xoşagəlməz reallıqlarından, yaşantılarındadındır. Ksenofobiyadan, İslamafobiyadan, antisemizimdən xeyli sayda əziyyət çəkən insanlar var".

E.Səlimov vurğulayıb ki, Azərbaycanda nə milli, nə də dini zəmində qarşıdırma var: "Bu çox sevindiricidir. Bütün dünlərin və konfessiyaların daşıyıcıları min illər ərzində bu torpaqlarda birgə, dinc yanaşı, dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayıblar, yaşayırlar və bundan sonra da birgəliklərini, birgəyaşayışlarını davam etdirəcək, sürdürəcəklər. Bu günə kimi kiməsə Azərbaycanda dini və mili zəmində qarşıdurma yaratmaq nəsib olmayıb, bundan sonra da nəsib olmayacaq. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir, eyni zamanda, dinlərarası münasibətlər bizim gücümüzü artırır və bundan sonra da artıracaq. Dünya dini liderlərinin II Sammiti bunun daha bir təminatı oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...