Ermənilər minalanmış siyasi və iqtisadi sahədə yaşayır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Siyasi İqtisadiyyat İnstitutunun direktoru Andranik Tevanyan bu gün “Vernatun” İctimai-Siyasi Klubunun forumunda çıxışı zamanı deyib.
“Biz minalanmış siyasi və iqtisadi sahədə yaşayırıq və bu minalar vaxtaşırı partlayır, böyük və kiçik sarsıntılara səbəb olur”, deyə Andranik Tevanyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda mülkiyyət qanuniliyi böhranı, hökumətin legitimliyi böhranı, iştirak böhranı və səlahiyyət böhranı kimi bir sıra böhranlar var.
O qeyd etdi ki, "vəhşi kapitalizm" dən insan kapitalı ilə demokratik kapitalizmə keçid etmək lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə