Paşinyanın danışıqları iflasa uğratdığı etiraf olunur

Ermənistan bu gün hüquqi dövlət deyil. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Aqvan Vardanyan deyib.

Məlumatda qeyd olunur ki, keçmiş deputat “Vernatun” ictimai-siyasi klubunun siyasi gücə çevrilib-çevrilməyəcəyini söyləməkdə çətinlik çəkir.

"Zaman, müzakirələr və proses hansı istiqamətə yönələcəyimizi göstərəcək, ancaq bu klubların perspektivləri barədə söyləmək çətindir”, deyə deputat bildirib.

Aqvan Vardanyanın sözlərinə görə, bu gün Ermənistanda hazırkı hakimiyyətdən əlavə, eyni narahatlığı olan beş-altı güc mərkəzi, müxtəlif siyasi və sosial qruplar da mövcuddur. O, qeyd edib ki, Nikol Paşinyan Qarabağ məsələsində hər şeyin çox yaxşı olduğunu nə qədər bəyan etsə də əslində, keçmişdə və indi səslənən bəyanatlar bir-birinə ziddir.

"Əvvəlki mövqelərə nəzər saldıqda görünür ki, əslində danışıqlar iflasa uğrayıb", deyə A.Vardanyan Paşinyan hakimiyyətini tənqid edib.

Ağvan Vardanyan onu da qeyd edib ki, məhkəmə sisteminə edilən təzyiqlər, bu gün məhkəmələrin rəhbərlik etdiyi metodlar orta əsrlərə bənzəyir.

"Fikrimcə, Ermənistan bu gün hüquqi dövlət deyil, məhkəmələrə münasibətdə, Konstitusiya Məhkəməsi ilə bağlı baş verənlər heç bir hüquqi dövlətin olmadığını göstərir", - deyə Aqvan Vardanyan vurğulayıb.

Göründüyü kimi, Ermənistanın hüquqi dövlət olmadığı və Paşinyanın danışıqları iflasa uğratdığı etiraf olunur. Bu gün hər bir erməni belə yaxşı başa düşür ki, Aqvan Vardanyanın dediyi kimi Nikol Paşinyanın bəyanatları bir-birinə ziddir və onun bu populizmi danışıqları da iflasa uğradıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə