YAP Samux rayon təşkilatının gəncləri illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında fəal iştirak edirlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək aksiyası hər yerdə olduğu kimi, Samux rayonunda da rəğbətlə qarşılanıb. YAP Samux rayon təşkilatından SİA-ya daxil olan məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ili" elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Nəsimi dühasının təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə də bir vəsilədir.

Aksiya Samux rayon gəncləri tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, aksiya ərəfəsində onlar hər gün səhər ərazilərə gedir, sahələri təmizləyir, çalalar qazaraq ağacəkmə kampaniyasının başlanmasını səbirsizliklə gözləyirdilər. Bu baxımdan, YAP Samux rayon təşkilatının gəncləri böyük ruh yüksəkliyi ilə aksiyaya qoşulublar, təbiətimizə gözəllik gətirəcək bu aksiyada böyük fərəhlə iştirak edirlər. Onlar bu xeyirxah aksiyanın uğurla həyata keçməsi üçün öz səylərini əsirgəmirlər.

Qeyd edək ki, bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə