Soyqırımla bağlı fiaskonu ermənilər həzm edə bilmirlər

Erməni Soyqırımı ilə bağlı qətnaməni dayandıran senatorun türk "kökləri" tezliklə üzə çıxacaq. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq hüquq üzrə mütəxəssis Suren Sarkisyan bunu özünün Facebook səhifəsində qeyd edib.

Məlumatda qeyd olunur ki, Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri qondarma Erməni Soyqırımının tanınması ilə bağlı qətnaməyə veto qoyulmasına baxmayaraq ABŞ Senatında hələ də şansların olduğunu söyləyib. Görünür, mərkəzin rəhbəri ya hələ də ümidlərini itirmək istəmir, ya da erməni cəmiyyətinə təskinlik vermək niyyətindədir. O, iddia edir ki, respublikaçı senator Lindsi Qrem, cəmiyyətin ciddi təzyiqi səbəbiylə vetonu götürə bilər. Amma yanlış düşüncədə olduğunu özü də yaxşı bilir. Yaxşı bilir ki, qondarma bir soyqırım barədə danışıb tarixdə yanlışlıqlara yol verilməyəcəyi təkzib edilə bilməz.

Sarkisyan onu da iddia edir ki, hazırda Erməni Amerika Araşdırmaları Mərkəzinin mütəxəssisləri Qremin türk lobbiçiləri ilə əlaqələrini diqqətlə araşdırır və məlumatlar yaxın vaxtlarda yayımlanacaq. Bəlli olur ki, ermənilər soyqırımla bağlı fiaskonu həzm edə bilmirlər və Sarkisyan kimi bir beynəlxalq hüquq üzrə mütəxəssisin fikirlərində bu özünü biruzə verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə